135 nömrəli avtobusda gedişhaqqı qanunsuz artırılıb? – “Xaliq Faiqoğlu”dan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
135 nömrəli avtobusda gedişhaqqı qanunsuz artırılıb? – “Xaliq Faiqoğlu”dan AÇIQLAMAbackend

 

135 nömrəli marşrutun qanunazidd şəkildə gedişhaqqını artırması ilə bağlı məlumat vermişdik.

Bununla bağlı saytımızın “Qaynar Xətti”nə şikayət daxil olmuşdu.

Bildirilmişdi ki, əvvəllər 50 qəpik olan gedişhaqqının bu gün qanunsuz şəkildə 55 qəpiyə qaldırılması iddia olunmuşdu.

Mövzu ilə bağlı “Xaliq Faiqoğlu” MMC-nin mətbuat katibi Nizam Rzayev Bakues.az-a açıqlamasında bildirib ki, sözügedən marşrut avtobusu 135 saylı xəttə məxsus deyil.

Qurum rəsmisinin sözlərinə görə, fotonun çəkildiyi avtobus 199 saylı marşrut xəttinə aiddir və həmin xətt üzrə aidiyyəti dövlət qurumu tərəfindən təyin edilmiş gedişhaqqı dəyəri 55 qəpikdir:

“Bu gün 135 saylı xətt üzrə bir neçə dəqiqəlik gecikmə olduğu üçün 199 saylı xəttə məxsus avtobus müvəqqəti olaraq 135 saylı xəttə keçirilib. Görüntü də həmin vaxt çəkilib. Hər hansı tarif artımı yoxdur və heç bir sərnişindən artıq gedişhaqqı alınmayıb”.