“Xaliq Faiqoğlu” şirkətinə məxsus olan 135 nömrəli marşrut qanunazidd şəkildə gedişhaqqını qaldırıb.
Bununla bağlı Bakues.az-ın “Qaynar Xətti”nə şikayət daxil olub.
Şikayətçinin sözlərinə görə, əvvəllər 50 qəpik olan gedişhaqqı bu gün 55 qəpiyə qaldırılıb:
“Hansı qanuna əsasən gedişhaqqını qaldırıblar? Bir halda ki, qiymət artımı ilə bağlı rəsmi məlumat yoxdur”.
Mövzu ilə bağlı “Xaliq Faiqoğlu” şirkətinin mövqeyini dərc etməyə hazırıq.
Qeyd edək ki, 135 nömrəli marşrut Xırdalan şəhərindən “20 Yanvar” istiqamətinə hərəkət edir.