2026-cı ildə keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
2026-cı ildə keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıbbackend

2026-cı ildə təşkil olunacaq “Formula 1” üzrə Azərbaycan Qran-prisinin hansı tarixdə keçiriləcəyi bəlli olub.

Bakues.az-ın məlumatına görə, Beynəlxalq Avtomobil Federasiyası və “Formula 1” təşkilatçıları növbəti ilin təqvimini açıqlayıblar.

Bakıdakı yarış sentyabrın 25-27-si aralığında gerçəkləşəcək.

Qeyd edək ki, 2026-cı ildə “Formula 1” təqvimi yenə 24 mərhələdən ibarət olacaq. Bu il Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.