ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin bir müddətdir ki, CIA və SVR tərəfindən yaradılmış gizli əlaqə kanalı vasitəsilə əlaqə saxladığı iddia olunur.
Bakues.az “Haber Global”a istinadən xəbər verir ki, görüşün məqsədi Rusiya-Ukrayna müharibəsinə son qoymaqdır.
Məlumata görə, ABŞ prezidenti andiçmədən bir gün əvvəl xarici siyasət ekspertlərinin yaratdığı xüsusi və gizli rabitə kanalı sayəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Bu gizli ünsiyyət şəbəkəsində iki liderin müharibəni bitirmək üçün fevralda zirvə toplantısı keçirməyə razılaşdıqları da deyilir.
Bildirilir ki, Tramp Ukrayna prezidenti Vladimir Zelenskiyə sülh üçün çox ağrılı resept təklif edəcək.