ABŞ Dövlət Departamenti Fələstinin üç qeyri-hökumət təşkilatını yəhudi dövlətinin razılığı olmadan Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən İsrail vətəndaşlarının həbsi, saxlanması və təhqiqatında iştirak etdiyini əsas gətirərək sanksiyalar tətbiq edib.
Bakues.az “USA Today”ə istinadən xəbər verir ki, bununla bağlı ABŞ dövlət katibi marko Rubio məlumat verib.
Onun sözlərinə görə, Əl-Haq, Əl-Mezan və Fələstin İnsan Haqları Mərkəzinə Beynəlxalq Cinayət Məhkəməsinə Sanksiyalar haqqında 14203 saylı İcra Sərəncamına əsasən sanksiya tətbiq edilib. Bu təşkilatlar Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin təhqiqat, İsrail vətəndaşlarının kimliyi və həbsi ilə bağlı səylərdə birbaşa iştirak ediblər.
“Biz BCM-nin siyasiləşmiş gündəliyinə, onun hədsiz müdaxiləsinə, Birləşmiş Ştatlar və müttəfiqlərimizin suverenliyinə məhəl qoymamasına qarşıyıq. BCM-nin davamlı hərəkətləri bütün xalqlar üçün təhlükəli presedent yaradır. Biz ABŞ və İsrail də daxil olmaqla, milli maraqlarımızı təhdid edən və bütün dövlətlərin suverenliyini pozan hərəkətlərə qəti şəkildə qarşı çıxacağıq”, – deyə Rubio qeyd edib.
Asim




