ABŞ Dövlət Departamenti Ukraynaya Starlink peyk internet sistemlərinin tədarükü üçün İlon Maskın “Space X” şirkəti ilə 8,2 milyon dollarlıq müqavilə imzalayıb.
Bakues.az “USA Today”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət satınalmaları portalı məlumat yayıb.
Məlumata görə, müqavilə sentyabrın 2-də imzalanıb və 30 oktyabr 2026-cı il tarixinədək qüvvədədir.
“Starlink” amerikalı iş adamı İlon Maskın “SpaceX” şirkətinə məxsus peyk şəbəkəsidir və planetin istənilən yerində genişzolaqlı internetə çıxış təmin etmək üçün nəzərdə tutulub.
Asim




