ABŞ-ın elan etdiyi dəniz blokadasına baxmayaraq, gəmilərin Hörmüz boğazından hərəkəti davam edir.
Bakues.az Tass-a istinadən xəbər verir ki,Komor bayrağı altında üzən “Zaynar 2” konteyner gəmisi Ərəbistan dənizi və Oman körfəzindən keçərək İranın Larak limanına daxil olub.
Gəmi 11 apreldə Hindistandan yola düşüb və 15 apreldə təyinat nöqtəsinə çataraq lövbər salıb.
Eyni zamanda, İran bayrağı altında üzən “Kaşan” konteyner gəmisi də Bəndər Abbasndan çıxaraq Ərəbistan dənizinə çatıb.
Hesablamalara əsasən, təkcə aprelin 14-də Hörmüz boğazından 16 gəmi keçib.
Qeyd edək ki, Vaşinqton daha əvvəl İrana qarşı dəniz blokadası tətbiq edəcəyini və bu ölkənin limanlarına yönələn gəmilərin hərəkətini məhdudlaşdıracağını açıqlamışdı.
Zəhra Məmmədzadə




