ABŞ hökuməti Cənubi Afrikanı Qərb-Sürü Atlantik sahillərində keçirilən çoxtərəfli dəniz təlimlərinə İranın qatılmasına icazə verməkdə ittiham edib.
Bakues.az “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ səfirliyi bu addımı “narahatlıq və şok”la qarşılayıb. Səfirlik bildirir ki, İran regionda sabitliyi pozan və terrorizmi dəstəkləyən ölkədir və bu addım dəniz təhlükəsizliyi və regional sabitlik üçün təhlükə yaradır.
ABŞ səfirliyi həmçinin vurğulayıb ki, İranın Cənubi Afrika sularında iştirakı diplomatik siyasətlə izah oluna bilməz və simvolik olaraq İran rejiminə dəstək kimi qəbul edilir. Tənqid BRICS ölkələrinin Cape Town yaxınlığında keçirilən manevrləri zamanı səsləndirilib.
Asim




