Corciya ştatından Respublikaçı konqresmen Barry Loudermilk bu gün rəsmi olaraq bəyan edib ki, o, 2026-cı il seçkilərində yenidən namizəd olmayacaq və Konqresdəki fəaliyyətini bu il sonunda başa vuracaq.

Bakues.az “Politico”ya istinadən xəbər verir ki, Loudermilk, 2015-ci ildən Corciyanın şimal-qərbindəki 11-ci seçki dairəsini təmsil edirdi. O, altı müddət xidmət etdikdən sonra yeddinci müddət üçün namizəd olmayacağını açıqlayıb.

Konqresmen bildirib ki, artıq ailəsi və icması üçün başqa yollarla xidmət etmək istəyir. O həmçinin 6 yanvar 2021 hadisələri ilə bağlı Demokratların araşdırmalarına tənqidi yanaşmışdı.

Loudermilk-un istefası ilə Corciya Nümayəndələr Palatasında dördüncü yer boş qalacaq. Bu, hazırkı dövrün sonunda namizəd olmayacağını elan edən ən azı 50 üzvdən biridir.

Asim