ABŞ-də güclü tufan səbəbindən 9 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-də güclü tufan səbəbindən 9 nəfər ölübbackend

Kentukki ştatında daşqınlar və tufanlar nəticəsində ən azı 9 insan həyatını itirib.

Bakues.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endi Beşar məlumat verib.

Onun sözlərinə görə, 1000-dən çox xilasetmə əməliyyatı həyata keçirilib. Təxminən 39 000 ev işıqsız qalıb:

“Güclü külək səbəbindən vəziyyət daha da ağırlaşa bilər. Bu, son 10 ildə Kentukki ştatında görülən ən ağır təbiət hadisələrindən biridir. Sakinləri yollardan uzaq durmağa çağırırıq”.

Qeyd edək ki, fırtınadan əvvəl ştatın qubernatoru fövqəladə vəziyyət elan edərək, prezident Donald Trampın təbii fəlakət zamanı yardım üçün müraciətini təsdiqlədiyini bildirmişdi.

Günel Qurbanova