ABŞ Honq-Konq, Hindistan və Çin şirkətlərinə sanksiya tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ Honq-Konq, Hindistan və Çin şirkətlərinə sanksiya tətbiq edibbackend

ABŞ Dövlət Departamenti “Arctic LNG 2” layihəsi üzrə “Novatek” şirkəti ilə əməkdaşlığa görə Honq-Konq, Hindistan və materik Çində qeydiyyatdan keçmiş şirkətlərə sanksiya tətbiq edib.

Bakues.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bildirib.

Məlumata əsasən, Çinin “Zhoushan Wison” şirkəit layihə üçün avadanlıq istehsalı və təchizatı üçün məhdudiyyətlərə məruz qaldı. Bundan əlavə, “Hong Kong Yaqining Shipping” şirkəti layihə üçün logistika xidmətləri göstərdiyinə görə sanksiyalar siyahısına daxil edilib.

Hindistanda qeydiyyatdan keçmiş “LNG tanker” operatorları “Skyhart Management Services Private Limited” və “Avision Shipping Services Private Limited” də məhdudiyyətlərə məruz qalıb.