Vaşinqtonun İrana qarşı “maliyyə ekvivalenti” müharibəsinə doğru irəliləyir.

Bakues.az Sky News-a istinadən xəbər verir ki,bu barədə Skott Bessent bildirib.

Onun sözlərinə görə, bir sıra Körfəz ölkələri İran vəsaitlərinin bank hesablarında müəyyənləşdirilməsi üçün daha çox şəffaflığa hazırdır və ABŞ bu prosesdə onlara dəstək verəcək. Nazir qeyd edib ki, Vaşinqton İranın, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli şəxslərin aktivlərini dondurmağı planlaşdırır.

Bessent əlavə edib ki, İran nefti alan və ya öz banklarında İran vəsaitlərini saxlayan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edilə bilər. Onun sözlərinə görə, bu addımlar hərbi əməliyyatların “maliyyə qarşılığı” kimi qiymətləndirilir.

Qeyd edək ki, tərəflər arasında gərginlik fonunda diplomatik təmaslar davam etsə də, İslamabadda keçirilən son danışıqlarda uzunmüddətli razılıq əldə olunmayıb.
Zəhra Məmmədzadə