Yaxın Şərq regionundakı hərbi bazalarda yerləşdirilən Amerika qoşunları gücləndirilmiş hazırlıq vəziyyətinə gətirilib.
Bakues.az “New York Times”a istinadən xəbər verir ki, Vaşinqton rəsmiləri ABŞ İsrail tərəfində silahlı münaqişəyə müdaxilə edərsə, İranın ABŞ hərbi bazalarına raket zərbələri endirəcəyindən ehtiyatlanır.
Bununla bağlı Yaxın Şərqdəki hərbi bazalarda yerləşdirilən Amerika qoşunları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Hazırda bölgədə 40 mindən çox ABŞ hərbçisi var.