Birləşmiş Ştatlar 2026-cı ilin əvvəlinə qədər Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini gözləyir.

Bakues.az “Əl-Cəzirə”ə istinadən verdiyi məlumata görə, Vaşinqton hərbi kontingentlə təmin etmək üçün bir neçə ölkə ilə danışıqlar aparır.

Vaşinqton 2026-cı ilin əvvəlində Qəzzada bir və ya iki ölkənin iştirakı ilə beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini planlaşdırır. Qüvvələr HƏMAS-ın nəzarətində olan ərazilərə daxil olmayacaq.

ABŞ hazırda ərəb ölkələri də daxil olmaqla tərəfdaşlarla kontingentin tərkibi, komandanlıq, yerləşdirmə və logistika məsələlərini müzakirə edir. Vaşinqton eyni zamanda Qəzza polis qüvvələrinin formalaşdırılması ilə bağlı danışıqlarda iştirak edir.

Bu addımlar ABŞ prezidenti Donald Trampın Qəzza üzrə sülh planının ikinci mərhələsinə keçid hazırlıqlarının bir hissəsidir. Planın ikinci mərhələsi İsrail qoşunlarının anklavdan çıxarılmasını və beynəlxalq qüvvələrin yerləşdirilməsini nəzərdə tutur.

Tramp bu mərhələnin başlanmasını dekabrın 25-dək elan etməyi hədəfləyir.

Zəhra Məmmədzadə