ABŞ administrasiyası Rusiya ilə bağlı yeni sanksiyaları hazırlayır.

Bakues.az “Bloomberg”ə istinadən xəbər verir ki, mənbələr sanksiyaların hələ qüvvəyə minməsi üçün rəsmi göstəriş verilmədiyini bildirir. Agentlik mümkün sanksiyaların təfərrüatlarını açıqlamayıb.

ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin Əbu Dabidəki üçtərəfli görüşləri davam edir və məsləhətləşmələr cümə axşamına qədər planlaşdırılır. Əvvəlki görüşlər 23–24 yanvar tarixlərində keçirilib.

Asim