ABŞ vətəndaşlarının Böyük Britaniya vətəndaşlığı üçün müraciətləri 2025-ci ildə bütün dövrlərin rekord səviyyəsinə çatıb.
Bakues.az “Bloomberg”ə istinadən xəbər verir ki, Britaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, keçən il ABŞ vətəndaşlarından 8 790 müraciət daxil olub. Bu, 2024-cü ilin 6 192 müraciətinə nisbətən 42% artım deməkdir. Xüsusilə ilin son rübündə 2 490 amerikalı müraciət edib ki, bu ayrıca rekorddur.
Mütəxəssislər bildirir ki, artımın səbəbləri ABŞ-dakı siyasi qeyri-müəyyənlik, beynəlxalq təhsil və iş imkanları ilə bağlı maraqdır. Analitiklər trendin 2026-cı ildə də davam edəcəyini proqnozlaşdırır.
Asim




