Yeni Zelandiyadan olan aktrisa Maris Vipani vəfat edib.
Bakues.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa iyunun 6-da 61 yaşını qeyd edərkən dünyasını dəyişib.
Qeyd edək ki, Maris 2001-ci ildə “Zena: Cəngavərlərin şahzadəsi” televiziya serialında “Kanae”, 2007-ci ildə isə “Kobud oyanışlar” serialında “Şaron Şort” obrazını canlandırıb. Onun son aktrisalıq təcrübəsi 2008-ci ildə “Şortlend küçəsi” televiziya serialında “Rebekka Şort” rol olub.