“Biz hazırda Avropanın əsas layihəsi olan şərq cinahda “Dronlar divarı” layihəsini təcili şəkildə həyata keçirməliyik”.
Bakues.az “CNN”ə istinadən xəbər verir ki, bunu Avropanın müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius deyib.
Ötən gecə Polşanın hava məkanının pozulması ilə bağlı insidentlərə münasibət bildirən Kubilius cəbhəyanı dövlətləri Aİ-nin şərqində “Dron divarı” yaratmağa çağırıb.
Qeyd edək ki, sentyabrın 10-da Polşa Ordusu Əməliyyat Komandanlığı ölkənin hava məkanını pozan PUA kimi müəyyən edilən bir neçə obyektin məhv edildiyini açıqlayıb. Hazırda uçan obyektlərin axtarışı aparılır. Hadisə ilə əlaqədar Varşava Şopen Hava Limanı da daxil olmaqla, ölkənin bir hissəsi üzərində hava məkanının bağlanması barədə qərar qəbul edilib.
Asim




