Avropa təyyarə istehsalçısı Airbus əməkdaşlarına göndərdiyi daxili məktubda 2026‑cı ilin əvvəlinin çoxsaylı böhranlarla və geosiyasi gərginliklərlə yadda qalacağını bildirib.
Bakues.az “Vedomosti”yə istinadən xəbər verir ki, şirkətin baş direktoru Giyom Furi vurğulayıb ki, ABŞ və Çin arasındakı artan qarşıdurma sənaye mühitini ciddi sarsıdıb və bütün əməkdaşların gələcək risklərə hazırlıqlı olması vacibdir.
Furi məktubda bildirib ki, ticarət gərginliyi və geosiyasi risklər Airbus‑a ötən il logistika və maliyyə baxımından zərər vurub. O, əməkdaşlara birlikdə və özünə inamla işləməyi, strateji dəyişikliklər etməyi və riskləri idarə etməyi tövsiyə edib.
Şirkət əlavə edib ki, 2025‑in uğurlarına baxmayaraq, qeyri‑sabit geosiyasi şəraitdə möhkəm dayanmaq vacibdir.
Asim




