Almaniya hökuməti Almaniya Silahlı Qüvvələrini təkmilləşdirmək üçün ən son “Skyranger” əks-dron sistemlərindən 600-nü almağı planlaşdırır.
Bakues.az “Handelsblatt”a istinadən xəbər verir ki, bütün sistemlər 2030-cu ilə qədər alınacaq.
Nəşr yazır ki, bu müddətə kimi Almaniyanın müdafiə şirkətləri “Rheinmetall” və “Hensoldt” istehsal gücünü artıracaq. 2027-ci ildən etibarən “Hensoldt” hər il “Skyranger”də istifadə edilən təxminən 1000 radar yığmağı planlaşdırır.
Bundestaqdakı Sosial Demokrat Partiyanın fraksiya sədr müavini Simtje Möller sistemlərin alınmasını dəstəkləyib.
Zəhra Məmmədzadə




