Almaniyanın Alternativ (AfD) partiyasının həmsədri Alis Vaydel bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Macarıstan və Slovakiyaya qarşı davranışı ciddi narahatlıq yaradır.
Bakues.az tass-a istinadən xəbər verir ki, Vaydel X-də yazıb: “Zelenskinin bu ölkələrə, eləcə də çox güman ki, Almaniyaya qarşı hərəkətləri Ali Federal Məhkəmənin 10 dekabr 2025-ci il qərarı nəzərə alınmaqla və İrana qarşı müharibə səbəbindən enerji qiymətlərinin artması fonunda fundamental suallar doğurur. Almaniya hökuməti vətəndaşlarının naminə bu suallara cavab verməlidir”.
Macarıstan Baş naziri Viktor Orban isə bildirib ki, ölkəsi Drujba boru kəmərinin işlədiyini və Ukraynanın siyasi səbəblərlə Rusiya neft tədarükünü blokladığını göstərən kəşfiyyat məlumatlarına malikdir. Buna görə Budapeşt Ukraynaya dizel tədarükünü dayandırıb və Avropa İttifaqına 90 milyard avroluq hərbi kredit verməkdən imtina edib. Orban həmçinin Ukraynanın boru kəmərinin texniki vəziyyətini qiymətləndirmək üçün yaradılan Macarıstan hökumət komissiyasına girişə icazə vermədiyini bildirib. Bu səbəbdən Budapeşt, Avropa Komissiyası prezidenti Ursula fon der Leyenə müraciət edərək Zelenskini Rusiya neftinin tranzitini bərpa etməyə məcbur etməsini xahiş edib.
Zəhra Məmmədzadə




