Almaniya Federal Kartel Dairəsi (Bundeskartellamt) Amazon şirkətinə qanunsuz qiymət siyasəti tətbiq etdiyi üçün 59 milyon avro cəza verib.
Bakues.az “TRT Haber”ə istinadən xəbər verir ki, qurum bildirib ki, Amazon-un platformasında fəaliyyət göstərən üçüncü tərəf satıcıların qiymətləri şəffaf olmayan üsullarla basdırılırdı.
Kartel Dairəsi bildirib ki, Amazon satıcıların yüksək qiymətlərini gizli üsullarla basdıraraq məhsulların görünürlüğünü azaldır və ya platformadan çıxarır, bu isə bazar gücünün sui-istifadəsi sayılır; sədri Andreas Mundt əlavə edib: “Amazon bazar gücünü pis niyyətlə istifadə edə bilməz.”
59 milyon avroluq cəza yeni səlahiyyətlər ilə ilk dəfə verilib, Amazon isə qərarı rədd edərək məhkəməyə verəcəyini açıqlayıb.
Asim




