“Avropa ölkələri Ukraynada atəşkəslə bağlı irəliləyiş görməsələr, Rusiyaya qarşı sanksiyaları genişləndirəcəklər”.
Bakues.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts deyib.
O, Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə Berlində keçirdiyi birgə mətbuat konfransında bildirib ki, sanksiyalar digər sahələrə də şamil edilə bilər.
“Əgər Rusiya rəhbərliyi keçən həftə sonu birlikdə verdiyimiz təkliflərlə razılaşmasa, biz əlavə sanksiyaların tərəfdarı olacağıq”, – Merts qeyd edib.