Almaniya hökuməti Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə aparılan danışıqların davam etdirilməsini alqışlayır.

Bakues.az tass-a istinadən xəbər verir ki, Bu barədə Almaniya Nazirlər Kabinetinin sözçüsü Steffen Meyer jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, danışıqların davam etməsi müsbət haldır və Berlin bu prosesdə Ukraynanı dəstəkləməkdə davam edir. Meyer vurğulayıb ki, Almaniya münaqişəyə son qoymaq üçün Avropa və ABŞ tərəfdaşları ilə sıx koordinasiya şəraitində işləyir.

Nazirlər Kabinetinin sözçüsü Almaniya kansleri Fridrix Merzin Əbu-Dabiyə səfəri zamanı danışıqlarda iştirak etməyəcəyini də qeyd edib. Bildirilib ki, səfər əsasən enerji əməkdaşlığının genişləndirilməsinə həsr olunacaq, lakin Almaniya müxtəlif kanallar vasitəsilə danışıqlar prosesində yaxından iştirak edir.

Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli məsləhətləşmələrin ikinci mərhələsi hazırda Əbu-Dabidə davam edir.
Zəhra Məmmədzadə