Mebel və ev əşyalarının onlayn satışı ilə məşğul olan “American Wayfair Inc” şirkəti Almaniyadakı biznesini məhdudlaşdırır.
Bakues.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) bəyanat yayıb.
Bəyanata görə, yenidənqurma tədbirləri Almaniya və Polşada təxminən 730 işçini əhatə edəcək. Onların təxminən yarısı başqa ofislərə köçürüləcək.
Bununla əlaqədar şirkətin 102-111 milyon ABŞ dolları məbləğində xərc çəkəcəyi gözlənilir.