Amerikanın “Apple Inc” şirkətinin Hindistanda satışları rekord həddə çatıb və təxminən 9 milyard dollar təşkil edib.

Bakues.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu, bir il əvvəlki təqribən 8 milyard dollardan təxminən 13 faiz çoxdur.

Məlumata görə, keçən maliyyə ilində şirkətin Hindistanda satışlarının böyük hissəsi onun flaqman iPhone smartfonlarından əldə edilib, eyni zamanda MacBook kompüterlərinə tələbat da kəskin artıb.

Hindistan hələ də “Apple”ın ümumi biznesinin yalnız kiçik bir hissəsini təmsil etsə də, şirkət ölkəyə böyük sərmayə qoyur və yaxın illərdə əsas bazara çevrilməsi gözlənilir.

Asim