Paris prokurorluğu “Siri” səsli köməkçisi ilə bağlı araşdırmaya başlayıb.
Bakues.az “Politico”ya istinadən xəbər verir ki, bu barədə araşdırma Baş Kibercinayətkarlıq İdarəsinə (Ofac) tapşırılıb.
Nəşr yazır ki, istintaq keçmiş “Apple” podratçısı əməkdaşının ifadəsi əsasında şikayət əsasında başlayıb.
Bildirilib ki, “Apple” heç vaxt Siri məlumatlarından marketinq profilinin yaradılması üçün istifadə etməyib, onu reklam xidmətlərinə ötürməyib və ya üçüncü tərəflərə satmayıb.
Zəhra Məmmədzadə




