BAKUES.AZOperativ xəbər portalı
21 noyabrşənbə
14°Bakı, az buludlu
USD
1.7000
EUR
1.8666
100 RUB
2.0737
Saxlanılanlar
1 dəqiqəlik oxu

AQTA “Dağlılar Balıq” restoranında yoxlama keçirdi: Nöqsanlar aşkarlandı – FOTOLAR

AQTA “Dağlılar Balıq” restoranında yoxlama keçirdi: Nöqsanlar aşkarlandı – FOTOLAR
Foto: Bakues.az

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağları, ev 679 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Niftəliyev Pərviz Şakir oğluna məxsus “Dağlılar Balıq” ictimai iaşə müəssisəsində yoxlama keçirib.

Agentlikdən Bakues.az-a verilən məlumata görə, baxış zamanı obyektdə balıq və balıq məhsullarının baytarlıq sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi aşkarlanıb.

Eyni zamanda sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmur, texnoloji ardıcıllıq və mal qonşuluğu prinsipi pozulub, bəzi qida məhsulları birbaşa döşəmənin üzərində saxlanılır, soyuducularda rəflər korroziyaya uğrayıb, işçilər ilkin və dövrü tibbi müayinədən keçirilmir, müvafiq təmizlik işləri aparılmır və digər nöqsanlar müəyyən edilib.

Balıq məhsullarından nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək qida obyektinin fəaliyyəti müvvəqəti dayandırılıb.

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.