İngiltərənin “Arsenal” klubunun Premyer Liqadakı oyunlarından biri təxirə salınacaq.

Bakues.az xəbər verir ki, buna London təmsilçisinin Liqa Kubokunda finala vəsiqə qazanması səbəb olub.

XXXI turun “Vulverhempton” – “Arsenal” matçı nəzərdə tutulduğu kimi martın 21-də olmayacaq. Çünki martın 22-də Liqa Kubokunun final qarşılaşması baş tutacaq.

Qeyd edək ki, “topçular”ın finaldakı rəqibi bu gün bəlli olacaq. “Mançester Siti” – “Nyukasl” görüşü Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. İlk oyunda “şəhərlilər” qalib gəlib – 2:0.