Respublikanın seçki qanunvericiliyinə edilən son dəyişikliklər bir sıra beynəlxalq standartlara uyğun deyil.

Bakues.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının Qırğızıstandakı seçkiləri müşahidə missiyasının rəhbəri Klod Haagen bəyan edib.

Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri Qırğızıstanda keçirilən parlament seçkilərinin şəffaflıq və bərabər rəqabət baxımından ciddi problemlərlə üzləşdiyini bildirib.

Seçkilər il ərzində dəfələrlə dəyişdirilən yeni sistem çərçivəsində keçirilib, səslərin sayılması və nəticələrin hesablanması zamanı problemlər müşahidə olunub.

Ölkə 30 çoxmandatlı dairədən ibarət majoritar sistemə keçib və parlamentdə ümumilikdə 90 yer var.

Zəhra Məmmədzadə