Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri yanvarın 29-da İrana qarşı yeni sanksiyalar paketini müzakirə edəcək.

Bakues.az “Politico”ya istinadən xəbər verir ki, bu barədə məlumatı iki avropalı diplomat yayıb.

Təklif olunan 21 maddəlik sanksiyalar insan hüquqları pozuntularına görə İrana qarşı tədbirləri sərtləşdirəcək. EEAS dron istehsalı ilə bağlı 10 yeni pozisiyanı əlavə etməyi təklif edir.

Almaniya, Fransa və Niderland sərtləşdirməni dəstəkləyir, lakin bəzi ölkələr KSİR-i terror təşkilatı kimi tanımağa qarşı çıxır. Avropa Komissiyası sanksiyaların sərtləşdirilə biləcəyini istisna etmir.

Asim