Avropa Komissiyası Budapeştin Rusiyaya qarşı yeni sanksiyalara veto qoymaması müqabilində Macarıstana Aİ-nin dondurulmuş vəsaitlərindən 550 milyon avro ayırmaq niyyətindədir.
Bakues.az “The Financial Times”a istinadən xəbər verir ki, Aİ sanksiyaları yalnız yekdilliklə – bütün Aİ üzvlərinin dəstəyi ilə qəbul edə bilər.
Bildirilib ki, Macarıstan hakimiyyəti Budapeştə borclu olan bütün vəsaiti – təxminən 20 milyard dolları, Brüsselin Macarıstanın daxili siyasətindən narazılığına görə 2022-ci ildə ayrılması dayandırılmış olan bütün vəsaiti Aİ-dən almaq istəyir.




