Avropa Komissiyası 235 transsərhəd energetika layihəsinə rəsmi dəstək göstərib.
Bakues.az “İnterfaks”a istinadən xəbər verir ki, Avropa Komissiyasının icraçı vitse-sədri Teresa Ribera bildirib ki, bu layihələr Avropa Energetika İttifaqının əsas infrastruktur dayaqlarına çevriləcək və 27 dövlətin enerji sistemlərini birləşdirəcək.
Yeni seçilən layihələr “Connecting Europe” fondundan maliyyələşməyə müraciət edə biləcək və icazə prosedurlarında prioritet əldə edəcək.
Layihələrin bölgüsü aşağıdakı kimidir:
– 113 layihə – elektrik enerjisi, dəniz infrastruktur və ağıllı şəbəkələr;
– 100 layihə – hidrogen infrastrukturu;
– 17 layihə – karbonun tutulması və saxlanması;
– 3 layihə – qaz şəbəkələrinin rəqəmsallaşdırılması.
Bundan əlavə, Malta və Kiprin Avropanın əsas qaz şəbəkəsinə qoşulmasını nəzərdə tutan iki layihənin icrasının davam etdiriləcəyi bildirilib.
Asim




