Xəbər verdiyimiz kimi, Azərbaycanda internetdə problemlər müşahidə olunur.
Məsələ ilə bağlı Bakues.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, yaranan nasazlıq araşdırılır:
“Problem yeni baş verib, buna görə də hazırda araşdırma aparılır. İctimaiyyətə bu barədə məlumat veriləcək”.
***15:13
Azərbaycanda internet problemi yaşanır.
Bakues.az xəbər verir ki, problem həm provayderlərdə, həm də mobil operatorlarında müşahidə edilir.




