Azərbaycanın həndbol millisi Paraqvay yığmasına məğlub olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın həndbol millisi Paraqvay yığmasına məğlub olubbackend

Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində təşkil olunan həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında növbəti oyununa çıxıb.

Bakues.az-ın məlumatına görə, yığma 5-8-ci yerlər uğrunda qarşılaşmada Paraqvayla üz-üzə gəlib.

Matç rəqib komandanın 34:22 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, Azərbaycan millisi B qrupunu sonuncu sırada bitirib. Komanda Moldova (21:33), Nigeriya (17:29) və ABŞ (25:45) yığmalarına uduzub.