Azərbaycanın karate millilərinə yeni məşqçi təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın karate millilərinə yeni məşqçi təyin edilibbackend

Azərbaycan Karate Federasiyası (AKF) rəhbərliyinin müvafiq əmri ilə Tural Ağalarzadə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət kumite millisinin köməkçi məşqçisi təyin olunub.

Bu barədə Bakues.az-a AKF-nin mətbuat xidmətindən məlumat verilib.

Təyinat baş məşqçi Anar Allahverdiyevin rəhbərliyi altında komanda heyətinin daha da gücləndirilməsi və gənc idmançıların peşəkar səviyyədə hazırlanması məqsədi daşıyır.