Azərbaycanın Ümumdünya Poçt İttifaqının iki Şurasına namizədliyi irəli sürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın Ümumdünya Poçt İttifaqının iki Şurasına namizədliyi irəli sürülübbackend

Azərbaycanın Ümumdünya Poçt İttifaqının (ÜPİ) İdarəetmə Şurasına, eləcə də Poçt Əməliyyatları Şurasına 2026-2029-cu illər üçün namizədliyi irəli sürülüb.

Bakues.az bu barədə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC-yə istinadən xəbər verir.

Məlumata görə, bu, sentyabrın 7-19-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək ÜPİ-nin 28-ci konqresi ilə bağlı bu yaxınlarda Bakıda keçirilən hazırlıq tədbirində baş verib.

Hazırlıq tədbirində “Azərpoçt” MMC-ni İdarə Heyətinin vəzifəsini icra edən İsi Mustafayev və İdarə Heyətinin üzvü Elgün Rəsulov təmsil edib.