Azərbaycanın yeni hərbi prokuroru kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın yeni hərbi prokuroru kimdir?backend

Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Bəhruz Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib.

Bakues.az xəbər verir ki, bu təyinatadək Bəhruz Əhmədov Hərbi Prokurorluqda bir sıra vəzifələrdə çalışıb.

1984-cü il təvəllüdlü B.Əhmədov Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib. Əslən Neftçala rayonundandır.

Əmək fəaliyyətinə prokurorluq orqanlarında başlamış yeni hərbi prokuror 2018-ci ildə Qazax hərbi prokuroru vəzifəsinə təyin edilib. Sonuncu təyinatınadək o, Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi vəzifəsini tutub.