Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Sumqayıt şosesinin Abşeron rayonu, Saray qəsəbəsindən keçən hissəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Bakues.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Xəsarət alan yoxdur.

***13:08

Bakı-Sumqayıt yolunda 9 saylı marşrut avtobusu yanır.

Bakues.az xəbər verir ki, yanğının səbəbi hələlik məlum deyil.

Hadisənin videogörüntüsünü təqdim edirik: