Bakıda Post-Patrul Xidmətinin avtomobili ilə taksi toqquşdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda Post-Patrul Xidmətinin avtomobili ilə taksi toqquşdubackend

Bakıda Post-Patrul Xidmətinin avtomobili ilə taksi toqquşub.

Bakues.az xəbər verir ki, hadisə Babək prospekti ilə Çobanzadə küçəsinin kəsişməsində – “Grand Opera” şadlıq sarayının yanında baş verib.

Qəza nəticəsində taksi maşınının qabaq hissəsi əzilib, sürücüsü isə yüngül xəsarət alıb.

Hadisə Çobanzadə küçəsindən Babək prospektinə gedən yolda tıxaca səbəb olub.

Faktla bağlı araşdırma aparılır.