“Baku Bus”un avtobusu ağır qəza törətdi, ölən var – YENİLƏNİB- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Baku Bus”un avtobusu ağır qəza törətdibackend

 

Bakıda avtobus qəza törədib, ölən var.

Bakues.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaradağ rayonunda baş verib.

Faktla bağlı Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev bildirib ki, hadisə bu gün səhər saat 10 radələrində Bakı-Qazax avtomobil yolunun 24-cü kilometrliyində qeydə alınıb.

Onun sözlərinə görə, 99-JN-189 dövlət qeydiyyat nişanlı “Baku Bus” sərnişindaşıma avtobusu yolun kənarında dayanmış Tacikistan dövlətinə məxsus 77-FF-02 qeydiyyat nişanlı “Volvo” markalı avtomobilə çırpılıb: “Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb”.

Faktla bağlı araşdırılma aparılır.

11:50

Bakıda ağır yol qəzası baş verib.

Bakues.az xəbər verir ki, Qaradağ rayonu ərazisində “BakuBus”a məxsus sərnişin avtobusu ilə yük maşını toqquşub.

Məlumata görə, bir nəfər sərnişin hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.