Baltik və Şimal dənizi ölkələri ortaq bəyanatla çıxış edərək peyk naviqasiyasına və gəmilərin yerləşmə məlumatlarına müdaxilənin artan riskindən narahat olduqlarını açıqlayıblar.

Bakues.az “İnterfaks”a istinadən xəbər verir ki, bəyanatda vurğulanır ki, qlobal naviqasiya peyk sistemi (GNSS) və avtomatik identifikasiya sistemi (AIS) bir-birinə qarışa bilər ki, bu da beynəlxalq gəmiçilik üçün ciddi təhlükə yaradır.

Estoniya İnfrastruktur Naziri Kuldar Leys deyib ki, Baltik dənizində vəziyyət kəskinləşir və bütün gəmiləri əhatə edir. Alternativ naviqasiya və beynəlxalq əməkdaşlıq vacibdir.

Bəyanatı imzalayan ölkələr peyk naviqasiyasına müdaxiləni ciddi təhlükə hesab edir və gəmilərin alternativ planlara hazır olmasını tələb edirlər.

İmzacı ölkələr: Belçika, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, İslandiya, Latviya, Litva, Niderland, Norveç, Polşa, İsveç və Birləşmiş Krallıq.

Asim