Əbu-Dabidə Ukrayna üzrə danışıqların ikinci mərhələsi başlayıb.

Bakues.az “tass”a istinadən xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyi Əbu-Dabidə Ukrayna ilə bağlı Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların ikinci mərhələsinin başladığını təsdiqləyib.

Nazirliyin açıqlamasında bildirilib ki, danışıqlar böhranın siyasi yolla həlli istiqamətində diplomatik səylərin tərkib hissəsidir. Vurğulanıb ki, ikinci mərhələnin başlanması tərəflərin dialoqa sadiqliyini göstərir və ilk mərhələdə əldə olunan nəticələr üzərində irəliləyişə ümid var.

BƏƏ tərəfi qeyd edib ki, görüşün Əbu-Dabidə keçirilməsi ölkənin Rusiya, ABŞ və Ukrayna ilə balanslı münasibətlərinin, eləcə də dialoqu asanlaşdırmaq roluna beynəlxalq etimadın göstəricisidir.

Xatırladaq ki, üçtərəfli məsləhətləşmələrin birinci mərhələsi 23–24 yanvar tarixlərində Əbu-Dabidə baş tutub.
Zəhra Məmmədzadə