Bərdədə 15 yaşlı oğlan Tərtər çayında boğulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bərdədə 15 yaşlı oğlan Tərtər çayında boğulubbackend

Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.

Bakues.az xəbər verir ki, Ağdam rayon sakini – 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.

Hələ ki onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.

İlkin məlumata görə, Ə.Fərəcov Tərtər çayının sahilinə yaxın şadlıq saraylarından birində toyda olub.