BMT ABŞ və İran arasında aparılan danışıqların gedişatını yaxından izləyəcək və regionda gərginliyin azaldılmasına dəstək olmağa çalışacaq.

Bakues.az “tass”a istinadən xəbər verir ki,bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik brifinqdə bildirib.

O qeyd edib ki, BMT diplomatik həll yoluna böyük maraq göstərir və regionda gərginliyin minimuma endirilməsi üçün bütün imkanları izləyəcək.

Yanvarın 29-da Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın İran və İsrail arasındakı gərginliyin azaldılmasına kömək etməyə hazır olduğunu açıqlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, İranın zənginləşdirilmiş uranın ixracı məsələsi uzun müddətdir gündəmdədir və Moskva bütün maraqlı tərəflərlə əlaqələrini davam etdirir.

Yanvarın 26-da ABŞ Prezidenti Donald Tramp İrana doğru “nəhəng armada”nın hərəkət etdiyini qeyd edib. O, Tehranın nüvə silahlarından tam imtina etməyə yönəlmiş ədalətli razılaşmaya gələcəyinə ümid etdiyini bildirib. Fevralın 2-də Tramp razılaşmadan imtinanın İran üçün nəticələrinin olacağı barədə xəbərdarlıq edib.

Axios xəbər agentliyinin məlumatına görə, fevralın 6-da İstanbulda ABŞ prezidentinin sülhməramlı əməliyyatlar üzrə xüsusi nümayəndəsi Stiven Vitkov ilə İran xarici işlər naziri Abbas Əraqçi arasında görüş gözlənilir.
Zəhra Məmmədzadə