BMT-nin Baş katibi vəzifəsində Quterreşi Qrossi əvəz edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
BMT-nin Baş katibi vəzifəsində Quterreşi Qrossi əvəz edə bilərbackend

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş katibi Rafael Qrossi Antonio Quterreşdən sonra BMT-nin Baş katibi vəzifəsini tutması imkanını nəzərdən keçirir.

Bakues.az xəbər verir ki, bu barədə “Infobae” portalı məlumat yayıb.

“Proses hələ başlamayıb”, – portal R.Qrossinin sözlərindən sitat gətirib.

Qeyd edək ki, A.Quterreş 2021-ci ilin iyulunda yenidən beşillik müddətə seçilib və 2022-ci ilin yanvarında vəzifəsinin icrasına başlayıb. Onun BMT-nin Baş katibi vəzifəsində səlahiyyət müddəti 2026-cı ilin sonuna qədər davam edəcək.