BMT: Qəzza ərzaq çatışmazlığı ilə üzləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
BMT: Qəzza ərzaq çatışmazlığı ilə üzləşibbackend

 

Qəzza zolağında aclıq böhranı artmaqda davam edir.

Bakues.az “TASS”a istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) hesabatında məlumat verilib.

Qeyd olunub ki, Qəzza əhalisini 3 aydan çox müddətə tam ərzaq paketləri ilə təmin edəcək 120 000 ton ərzaq yardımı bölgədən kənarda qalır. İsrail ərzaq yardımının çatdırılması üçün əksər müraciətləri əngəlləməyə davam edir.

Hətta Qəzza zolağının mərkəzi və cənub hissələrində gündəlik 200 000-dən vətəndaşı yeməklə təmin edən 50-yə yaxın icma mətbəxi yaxın günlərdə bağlanmaq təhlükəsi ilə üzləşib.

Humanitar tərəfdaşlar xəbərdarlıq ediblər ki, Qəzza zolağına əlavə yardım çatdırılmasa, ac ailələrə ərzaq bağlamalarının paylanması ciddi şəkildə məhdudlaşdırılacaq.