Bricit Bardo Makronun fəaliyyətindən narazıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bricit Bardo Makronun fəaliyyətindən narazıdırbackend

Bricit Bardo Fransa Prezidenti Emmanuel Makronun fəaliyyətindən narazıdır.

Bakues.az xəbər verir ki, fransalı aktrisa bunu BFMTV telekanalına müsahibəsində deyib. Bu, 90 yaşlı aktrisanın son 10 ildən artıq müddətdə ilk müsahibəsi olub.

Sonuncu dəfə Makronla 2018-ci ildə, Yelisey sarayında keçirilən görüş zamanı əlaqə saxladığını və o vaxtdan bəri dövlət başçısı ilə ünsiyyətdə olmadığını söyləyən aktrisa onun fəaliyyətindən məyus olduğunu bildirib. O, həmçinin hazırda Fransanın yaxşı günlərini yaşamadığını və ölkədəki vəziyyətin onu narahat etdiyini vurğulayıb.

Xatırladaq ki, Bricit Bardo iki il əvvəl Emmanuel Makrona sərt ifadələrin yer aldığı açıq məktub ünvanlamışdı.