Zirehli texnika ilə təlim keçdikdən sonra 30-a yaxın əsgər eşitmə problemindən şikayətlənərək müvəqqəti olaraq istifadə olunmur.
Bakues.az “Financial Times”ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib.
Müdafiə Nazirliyi bildirir ki, 30-a yaxın hərbçi təlimlər zamanı eşitmə zəifləməsi, güclü vibrasiya və titrəmə səbəbindən bədən hissələrinin uyuşması kimi şikayətlər edib. Bəzi hərbçilər “qusacaq qədər” sarsıntı yaşadıqlarını deyiblər. Aparılan yoxlamalar Ajax-da səs-küy və vibrasiyanın mühərrik, yol və qurğu hissələrindən qaynaqlandığını, hətta zəif qaynağın buna əlavə səbəb olduğunu müəyyən edib.
Müdafiə naziri Con Healey proqramın ləğvini istisna etməyib. Sənaye ekspertləri də Müdafiə Nazirliyinin Ajax layihəsindən “tamamilə imtina edə biləcəyini” bildirirlər.
Böyük Britaniya 2014-cü ildə General Dynamics UK ilə 589 Ajax maşınının istehsalı üçün müqavilə bağlamışdı, lakin çatdırılmalar dəfələrlə gecikib. Daha əvvəl sınaqlar ekipajlarda eşitmə itkisi, oynaqların şişməsi və həddindən artıq vibrasiya səbəbi ilə iki dəfə dayandırılıb.
Zəhra Məmmədzadə




