Böyük Britaniya Rusiya bayrağı altında üzdüyü iddia edilən iki gəmini sanksiyalar siyahısına əlavə edib.
Bakues.az “Bloomberg”ə istinadn xəbər verir ki, bu barədə Böyük Britaniya Maliyyə Nazirliyi açıqlama yayıb.
Açıqlamaya görə, siyahıda Rusiya bayrağı altında üzdüyü iddia edilən Bavlı və Karakuz tankerləri var. Gəmilərin operatoru kimi Rusiyanın “Nafta-Invest” şirkəti müəyyən edilib.
Bundan əlavə, Böyük Britaniya hökuməti iki fiziki şəxs və iki şirkəti Rusiya əleyhinə sanksiyalar siyahısına əlavə edib. Belə ki, Rusiyanın İT şirkəti “Aeza Group” və helikopter şirkəti “HeliCo Group”a yeni məhdudiyyətlər qoyulub.
Asim




